Azərbaycan xarici işlər nazirinin müavini Yalçın Rəfiyev İranın Bakıdakı səfiri Müctəba Dəmirçilu ilə görüşüb.
“İki sahil” xəbər verir ki, bu barədə İranın Azərbaycandakı səfirliyi məlumat yayıb.
Bildirilib ki, görüş zamanı iki ölkə arasında əməkdaşlığın inkişafı müzakirə olunub.
Həmçinin regional və beynəlxalq forumlarda əməkdaşlıq məsələləri ilə bağlı məsləhətləşmələr aparılıb.
Tərəflər bir çox beynəlxalq məsələlərdə iki ölkənin mövqelərinin ortaq olduğunu qeyd ediblər.
Vüqar Rəhimzadə: Rəqəmsal inkişaf sahəsində strateji baxış vahid idarəetmə modeli çərçivəsində əlaqələndirilir
Qlobal fırtınalar fonunda sabitlik adası: Azərbaycanın təhlükəsizlik strategiyası