Rusiyanın Saxalin vilayətinin Şimali Kuril rayonunda zəlzələ və sunamidən sonra fövqəladə vəziyyət rejimi tətbiq edilib.
“İki sahil” xəbər verir ki, bu barədə region hökuməti məlumat yayıb.
"Bu gün zəlzələ və sunamidən sonra Şimali Kuril rayonunda fövqəladə vəziyyət rejimi tətbiq edilib", - məlumatda bildirilib.
Bundan əlavə, Saxalin vilayətinin qubernatoru Valeri Limarenko fövqəladə hallar üzrə komissiyanın iclasını keçirib.
Kamçatkada baş verən zəlzələnin maqnitudası müxtəlif qiymətləndirmələrə görə 8,7-yə çatıb. Bu, 1952-ci ildən bəri ən güclü zəlzələdir.
Daha əvvəl həmin gün Kamçatkada Avaçinski körfəzinin sahilində güclü zəlzələ səbəbindən sunami təhlükəsi elan edilmişdi. Seysmik hadisə nəticəsində Petropavlovsk-Kamçatski şəhərində uşaq bağçalarından birinin divarı uçub. Sakinlərin təxliyəsi həyata keçirilir.
İspaniya XİN: İrandakı münaqişə qiymətlərin artmasına və miqrasiya böhranına səbəb ola bilər
Almaniyada metallurgiya və elektrotexnika sahəsi üzrə 150 minədək iş yerinin azalacağı gözlənilir