29 iyul 2025 12:51
141

Böyükşor-Pirşağı yolunun bir hissəsində hərəkət məhdudlaşdırılacaq

Böyükşor-Pirşağı yeni avtomobil 6,5-ci km-lik hissəsində yeni yerüstü piyada keçidinin tikintisi ilə əlaqədar olaraq, 1 avqust saat 09:00-dan başlaraq qeyd olunan hissədə avtonəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.

“İki sahil” bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə istinadla xəbər verir.

Məlumata görə, hərəkətin məhdudlaşdırılması günorta saatlarınadək qüvvədə olacaq.

"Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, qeyd olunan müddət ərzində hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri xahiş olunur",- deyə agentlik bəyan edib.