25 iyul 2025 00:39
180

ABŞ-dan Moskva və Kiyevə çağırış

Vaşinqton Moskva və Kiyevi hərtərəfli atəşkəs və sülh yolu ilə nizamlanma üçün birbaşa danışıqları davam etdirməyə çağırıb.

“İki sahil” “Fox News”a istinadla xəbər verir ki, bunu Dövlət Departamentinin mətbuat katibinin müavini Tommi Piqott keçirdiyi növbəti brifinqdə deyib.

Piqott əlavə edib ki, Vaşinqton iki tərəf arasında birbaşa danışıqların üçüncü raundundan xəbərdardır və Birləşmiş Ştatlar tam və qeyd-şərtsiz atəşkəs üçün davam edən çağırışları dəstəkləyir.

Digər məsələlərlə yanaşı, ABŞ Dövlət Departamentinin sözçüsü müavini bildirib ki, ABŞ Rusiya və Ukraynanın məhbusların, xüsusilə də ağır xəstələr və yaralıların mübadiləsinə dair razılığa gəlməsi xəbərini alqışlayır.