Topaz Premyer Liqadasının yeni mövsümün ilk turunun oyunları başa çatıb.
“İki sahil” xəbər verir ki, turun ilk matçı avqustun 11-də “Neftçi” ilə “Qarabağ” araslnda reallaşıb və Ağdam təmsilçisi 1-3 hesabı ilə qalib gəlib.
Avqustun 12-də isə “İnter” “Qəbələ”ni qəbul edib. Oyun Bakı təmsilçisinin 1-2 hesablı məğlubiyyəti ilə yekunlaşıb.
Avqustun 13-də Topaz Premyer Liqadasın yeni mövsümün ilk turuna ik qarşılaşma ilə yekun vurulub. Əvvəlcə “Zirə” - “Səbail”i qəbul edib. Ev sahibləri meydanı 2-1 hesablı qələbə ilə tərk edib.
Turun son matçında isə “Kəpəz” “Sumqayıt”ın qonağı olub. Sumqayıt klubunun 2 qoluna 1 qolla cavab verən Gəncə təmsilçiləri meydanı məğlub tərk ediblər.
11 avqust (cümə)
Topaz Premyer Liqa
I tur
21:00. “Neftçi” - “Qarabağ” - 1:3
Qol: Mahir Mədətov, 15 (1:0), 40 (2:0), Dino Ndlovu, 62 (3:0), Rahid Əmirquliyev, 90-avtoqol (3:1)
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Rza Məmmədov, Orxan Məmmədov
“Bakcell Arena”
***
12 avqust (şənbə)
Topaz Premyer Liqa
I tur
20:00. “İnter” - “Qəbələ” - 1:2
Qol: Elvin Məmmədov, 13 (0:1), Ozobiç, 24-pen. (0:2), Pərdis Fərcad-Azad, 70 (1:2)
Hakimlər: Ömər Paşayev, Namiq Hüseynov, Mehman Mahmudov, Rauf Cabbarov
"İnter Arena”
***
13 avqust (bazar)
Topaz Premyer Liqa
I tur
21:00. “Sumqayıt” - “Kəpəz” - 2:1
Qollar: Cavid İmamverdiyev, 16 (1:0), Viktor Oseqeyl, 52 (1:1), Amil Yunanov, 74 (2:1)
Hakimlər: Fariz Yusifov, Knyaz Əmiraslanov, Rahil Ramazanov, İnqilab Məmmədov
“Kapital Bank Arena”
***
19:00. “Zirə” - “Səbail” - 2:1
Qol: Milan Duriç, 2 (1:0), Riçard Qadze, 17 (2:0), Vüqar Nadirov, 43 (2:1)
Reallaşdırılmayan penalti: Riçard Qadze ("Zirə), 9-qapı dirəyi
Hakimlər: Rəhim Həsənov, Akif Əmirəli, Nahid Əliyev, Ramil Diniyev
Zirə İdman Kompleksinin stadionu