Qazaxıstanın “Liter” qəzetində baş redaktor Janna Oyşıbayevanın Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərinə səfəri barədə məqaləsi dərc olunub.
“İki sahil” xəbər verir ki, material “Mir diplomatii” (“Diplomatiya dünyası”) jurnalının 20 illik yubileyinə həsr olunmuş dəyirmi masa çərçivəsində baş tutan səfərin yekunları üzrə hazırlanıb.
Müəllif şəhərin heyrətamiz ab-havası, memarlıq irsi, “Qafqazın Konservatoriyası” və “Azərbaycan musiqisinin beşiyi” adlandırılan Şuşanın mədəni əhəmiyyəti haqqında təəssüratlarını bölüşür.
Məqalədə şəhərin təməlinin qoyulma tarixindən, onun memarlıq abidələrindən, bərpa edilmiş obyektlərdən və gələcək inkişaf planlarından bəhs edilir.
Material fotoşəkillərlə müşayiət olunur.
FHN ultramarafonun keçirildiyi ərazilərdə təhlükəsizlk tədbirlərini yüksək səviyyədə həyata keçirib
Bərdə Dövlət İdarəetmə və Texnologiya Kollecində qurultayın vəzifələri müzakirə edildi
Sumqayıtda sərnişin avtobusu minik avtomobili ilə toqquşub: xəsarət alanlar var