AZƏRTAC və BTA arasında əməkdaşlıq memorandumu 2004-cü ildə imzalanıb. Əlaqələrimizin artıq 21 ildir davam edir. Agentliklər arasında xəbər mübadiləsi aparılır, əməkdaşlığımız genişlənir.
“İki sahil” xəbər verir ki, bu sözləri BTA xəbər agentliyinin baş direktoru Kiril Valçev Şuşa Qlobal Media Forumu çərçivəsində Laçında keçirilən “AZƏRTAC 105: Əməkdaşlığın keçmişi, bu günü və gələcəyi” mövzusunda dəyirmi masada söyləyib.
Xəbər agentliklərinin məsuliyyət təzahürü olduğunu qeyd edən baş direktor onların yalnız təcrübə deyil, həmçinin sülhün qurulmasında əhəmiyyətli rol oynadıqlarını bildirərək deyib: "Xəbər agentlikləri yeni alətlərdən faydalanmalı, peşəkar standartlara əməl etməlidir. Sosial şəbəkələrdə xəbər yerləşdirən şəxslər heç bir məsuliyyət daşımır. Xəbər agentlikləri olaraq biz insan hüquqlarını pozan xəbərlər paylaşmamalıyıq. Biz etikaya riayət etməli, yeni maliyyələşmə modelləri tapmalıyıq. Həmçinin gənclərə məlumatları yeni formatlarda ötürməliyik.
Süni zəkadan faydalanmağın zəruriliyini qeyd edən Kiril Valçev onun informasiya sahəsində ciddi təhdidə çevrilə biləcəyini vurğulayıb. Deyib ki, çünki süni zəka ilə saxta xəbərlər yaratmaq çox asandır. O əlavə edib ki, bu gün apardıqları müzakirələr süni zəka ilə əvəzlənə bilməz. Çünki biz emosiyalar vasitəsilə danışırıq.