18 iyul 2025 12:54
110

Culfa şəhərində güclü külək nəticəsində zərər görmüş binaların dam örtükləri bərpa olunur

Son günlərdə müşahidə olunan güclü külək Culfa şəhərində bir sıra yaşayış binalarının dam örtüklərinə zərər vurub.

“İki sahil” xəbər verir ki,  məsələ ilə bağlı dərhal müvafiq qurumlar tərəfindən əraziyə baxış keçirilib və dəyən ziyanın aradan qaldırılması üçün təxirəsalınmaz tədbirlər görülməyə başlanılıb.

Hazırda Culfa Rayon İcra Hakimiyyətinin təşkilatçılığı və aidiyyəti strukturların iştirakı ilə zərər çəkmiş binaların dam örtüklərinin bərpası həyata keçirilir. 

Sakinlər işlərin operativ şəkildə görülməsinə görə minnətdarlıqlarını bildiriblər.