17 iyul 2025 14:05
137

Uşaqlara benzin satışına QADAĞA QOYULDU

Tatarıstan Dövlət Şurasının deputatları birinci oxunuşda və bütövlükdə yetkinlik yaşına çatmayanlara benzinin pərakəndə satışını qadağan edən qanunu qəbul ediblər.

“İki sahil” xəbər verir ki, "Kommersant"a istinadla xəbər verir ki, bu barədə qərar respublika parlamentinin on birinci iclasında qəbul edilib.

Müəlliflər hesab edirlər ki, qanun layihəsi uşaqların "pit-bike" və "kvadrosikl" sürərkən yollarda ölməsinin qarşısını alacaq. Təşəbbüsü təqdim edən Tatarıstan Dövlət Şurasının Sosial Siyasət Komitəsinin sədri Svetlana Zaxarova bildirib ki, yayda azyaşlılar tez-tez avtomobil sükanı arxasına keçdiyi üçün qanunun indi qəbul edilməsinə ehtiyac var.

"Uşaqların təhlükəsiz sürücülük haqqında məlumatı yoxdur və ya onları qəsdən pozurlar", - deyə, Zaxarova bildirib.

Tatarıstanın Dövlət Yol Hərəkəti Təhlükəsizliyi Müfəttişliyinin məlumatına görə, 2024-cü ildə azyaşlıların avtonəqliyyat vasitələrində iştirakı ilə baş verən qəzaların sayı 2023-cü illə müqayisədə 40% artıb.

Tatarıstan Dövlət Şurasının 75 deputatı qanun layihəsinin lehinə, 3-ü əleyhinə səs verib. Daha üç parlamentari səsvermədə bitərəf qalıb.