Nəsimi Rayon Polis İdarəsinin 19-cu polis şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində rayon ərazisində silsilə oğurluqlar etməkdə şübhəli bilinən 19 yaşlı A.Əliyev saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən "İki sahil"ə verilən məlumata görə, aparılan araşdırmalar nəticəsində saxlanılan şəxsin “Tufan” və “Minsk” markalı 2 motosikleti qaçırması, ümumi dəyəri 2 min100 manat olan 2 mopedi və bir qadına məxsus mobil telefonu oğurlaması müəyyən edilib.
Araşdırma aparılır.
SOCAR-ın təşəbbüsü ilə Bakı İqlim Fəaliyyəti Həftəsi çərçivəsində gənc media nümayəndələrinin iştirakı ilə dəyirmi masa təşkil olunub
Fərid Şəfiyev Ermənistan-Azərbaycan münaqişəsinin yanlış və birtərəfli şəkildə təqdim edilməsindən narahatlığını ifadə edib
SOCAR ilə Çinin “CNOOC” şirkəti arasında Anlaşma Memorandumu imzalanıb - FOTO