17 iyul 2025 10:45
122

Könül Nurullayeva vətəndaşlarla növbəti qəbulunu keçirib - FOTO

Milli Məclisin deputatı Könül Nurullayeva qərargahına daxil olan müraciətlərə əsasən növbəti vətəndaş qəbulunu keçirib. Millət vəkili qəbul zamanı vətəndaşlarla görüşərək, onların qaldırdığı müraciətlər ətrafında qarşı tərəflə geniş fikir mübadiləsi aparıb.

“İki sahil” xəbər verir ki, deputat Könül Nurullayeva Nizami rayon sakinləri ilə səyyar görüşlərini də müntəzəm olaraq davam etdirir.

Belə ki, millət vəkili K.Nurullayeva Nizami rayonu, Qara Qarayev prospekti 62, 66, Məmməd Səid Ordubadi küçəsi 14, Nəsimi küçəsi 25, Məmmədəli Şərifli küçəsi 88 ünvanlarında yaşayan seçicilərinə baş çəkərək, onların rastlaşdıqları gündəlik problemlər ilə yerindəcə tanış olub.

Vətəndaşlarla görüş zamanı qəbul iştirakçılarını narahat edən problemlər səsləndirilmişdir. Verilən məlumata görə, seçicilərin görüş ərzində deputat Könül Nurullayevaya çatdırdığı bütün müraciətlər səlahiyyətləri daxilində qeydiyyata götürülmüşdür və ən yaxın zamanda aidiyyəti üzrə müvafiq qurumlara ünvanlanacaqdır.

Eyni zamanda qeyd edək ki, vətəndaşlar tərəfindən daxil olan müraciətlər əsasında, Qara Qarayev pr. 62 və 66 ünvanlarında qurumuş ağaçlara aidiyyəti dövlət qurumlarının dəstəyi nəticəsində aqrotexniki qulluq göstərilməsi prosesinə artıq start verilmişdir.