13 iyul 2025 23:48
116

Türkiyədə avtoqəza: Ana və 3 yaşlı oğlu ölüb, 6 nəfər yaralanıb

Türkiyədə minik maşını ilə mikroavtobus toqquşub.

İki sahil” yerli mətbuata istinadla xəbər verir ki, Bayburtda baş verən qəzada ana və 3 yaşlı oğlu ölüb, 6 nəfər yaralanıb.

Bildirilir ki, Polşa dövlət qeydiyyat nişanlı mikroavtobusun sürücüsü adı açıqlanmayan acnəbi olub.

Hadisə yerinə AFAD, xilasetmə, polis və təcili tibbi yardım qrupları göndərilib.

Məhərrəm Ağalaroğlu, “İki sahil”