12 iyul 2025 09:16
104

ABŞ-də vəbadan ölüm qeydə alınıb

ABŞ-nin Arizona ştatında həkimlər pnevmonik vəbadan xəstə ölümünü qeydə alıblar.

“İki sahil” xəbər verir ki, bu barədə Kokonino dairəsinin Səhiyyə Departamenti feysbukda məlumat yayıb.

Qeyd olunur ki, bu, 2007-ci ildən bəri rayonda bu xəstəlikdən ilk ölüm hadisəsidir. Ölənin kimliyi barədə məlumat verilmir.

Pnevmonik vəba bu xəstəliyin ən ağır və ən az yayılmış formasıdır, tənəffüs sisteminin zədələnməsi ilə müşayiət olunur.