08 iyul 2025 22:59
158

Gədəbəydə iki avtomobil toqquşub, xəsarət alanlar var

Gədəbəydə iki avtomobil toqquşub, xəsarət alanlar var.

“İki sahil” xəbər verir ki, rayonun Zəhmət kəndi ərazisində "Niva" və "Toyota Prius" markalı avtomobillər toqquşub.

Yol qəzası nəticəsində 1961-ci il təvəllüdlü V.Həsənov, 1962-ci il təvəllüdlü Ə.Rzayev, X.Bayramova və 2000-ci il təvəllüdlü Ü.Hüseynov xəsarət alıb.

Onların vəziyyəti kafi və qənaətbəxş hesab edilir.

Hadisənin səbəbləri araşdırılır.