08 iyul 2025 11:33
138

Siyəzəndə qadının paraşütlə atlanarkən yıxılaraq ölməsi faktı araşdırılır

Şəxsin paraşütlə atlanarkən yıxılaraq ölməsi faktı üzrə araşdırma aparılır.

Baş Prokurorluqdan "İki sahil"ə verilən xəbərə görə, iyulun 7-də Bakı şəhər sakini 1989-cu il təvəllüdlü Nuranə Məcidovanın Siyəzən rayonu Zarat kəndində yerləşən “Beşbarmaq” piri adlanan ərazidə dağdan paraşüt vasitəsilə atlanarkən yıxılaraq ölməsi faktı üzrə Siyəzən rayon prokurorluğunda araşdırma aparılır.

Hadisənin baş vermə səbəbi tam, hərtərəfli və obyektiv araşdırılmaqla nəticəsi barədə müvafiq qərarın qəbul edilməsi təmin olunacaq.