08 iyul 2025 11:23
129

Zəngilanda 1 tona yaxın yabanı çətənə bitkisi məhv edilib

Zəngilan Rayon Polis Şöbəsi əməkdaşlarının Dövlət Sərhəd Xidməti ilə birgə "Xaş-xaş 2025" planına uyğun olaraq keçirdikləri tədbir zamanı rayonun Şayıflı kəndi ərazisində yabanı halda bitən 1 tona yaxın 1856 ədəd çətənə bitkisi aşkarlanıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan “İki sahil”ə verilən məlumata görə, aşkarlanan çətənə bitkisi toplanaraq yandırılıb.