05 iyul 2025 20:38
116

Naxçıvanda Aşura günü münasibətilə könüllü qanvermə aksiyası keçirilib

Naxçıvan şəhərində yerləşən Heydər Məscidi, eləcə də Sarvanlar, Pirqəmiş məscidləri və muxtar respublikanın rayonlarında Aşura günü münasibətilə qanvermə aksiyası keçirilib.

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin mətbuat xidmətindən “İki sahil”ə bildirilib ki, qan donorluğunun təşviqi və ehtiyacı olan xəstələr üçün qan ehtiyatlarının artırılması məqsədi daşıyan aksiya zamanı, ümumilikdə, 336 nəfərdən 168 litr qan tədarük edilib.