05 iyul 2025 12:03
182

İndiyə qədər 1 500-ə yaxın donor qan verib - YENİLƏNİB

Səhər saat 12:00-a olan məlumata görə 1 424 nəfərə yaxın donor qanvermə aksiyasında iştirak edib.

“İki sahil” xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, həmin şəxslərdən ümumilikdə 640.8 litr qan tədarük olunub.

***

Səhər saat 10:00-a olan məlumata görə 400 nəfərə yaxın donor qanvermə aksiyasında iştirak edib.

“İki sahil” xəbər verir ki, bu barədə Respublika Qan Bankının İcraçı direktoru Elxan Nağıyev Qafqaz Müsəlmanları İdarəsində keçirilən qanvermə aksiyasında jurnalistlərə açıqlamasında məlumat verib.

Onun sözlərinə görə, ümumilikdə 362 nəfər könüllü qan verib:

"Bu şəxslərdən ümumilikdə 162,9 litr qan tədarük olunub. Bu ilki aksiyalar ölkənin 30 şəhər və rayonu üzrə ümumilikdə 38 məntəqədə təşkil edilib. Qanvermə məntəqələrinə 22 məscid və ziyarətgahla yanaşı, 15 tibb müəssisəsi də daxildir. Qanvermə aksiyaları səhər saat 08:00-dan etibarən başlayıb və gün ərzində davam edir".

İcraçı direktor sözügedən könüllü aksiyada fəallığın olduğunu da diqqətə çatdırıb.