05 iyul 2025 11:02
94

Kürdə batanın meyiti tapıldı - YENİLƏNİB

Xəbər verildiyi kimi, Kür çayının Sabirabad rayonu, Ulacalı kəndindən keçən hissəsində 1 nəfərin batması barədə daxil olmuş məlumat əsasında FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən dərhal axtarışlara başlanılıb.

İki sahil” xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, axtarışlar nəticəsində çayda batmış 2005-ci il təvəllüdlü Nəmiyev Eldəniz Cabir oğlunun meyiti suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

***

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Kür çayının Sabirabad rayonu, Ulacalı kəndindən keçən hissəsində 1 nəfərin batması barədə məlumat daxil olub.

İki sahil” nazirliyə istinadla xəbər verir ki, məlumatla əlaqədar Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunublar.

Əlavə məlumat veriləcək.