Milli Məclisin növbədənkənar sessiyası üzrə növbəti iclası başlayıb.
“İki sahil” xəbər verir ki, Sahibə Qafarovanın sədrliyi ilə keçirilən toplantının gündəliyinə 22 məsələnin müzakirə edilməsi nəzərdə tutulub.
İclasda Konstitusiya Məhkəməsinə dörd yeni hakimin təyin edilməsi, Azərbaycan və Səudiyyə Ərəbistanı Krallığı ilə iki Anlaşma Memorandumun ratifikasiya edilməsi, “Xüsusi icra məmurları haqqında” yeni qanun layihəsi, eləcə də bir neçə qanun layihəsinə təklif olunan dəyişikliklər müzakirə olunacaq.
Prezident İlham Əliyev: Azərbaycan-ABŞ münasibətlərinin yüksələn xətlə və uğurla inkişaf etməsi məmnunluq doğurur
Hikmət Hacyev: ABŞ-dakı bütün dostlarımızı və həmkarlarımızı ürəkdən təbrik edirik