30 iyun 2025 18:30
150

BANM-ın 9 tələbəsinin təhsil haqqı bir qrup xeyriyyəçi iş xanımları tərəfindən ödənib

SOCAR-ın Bakı Ali Neft Məktəbinin (BANM) 9 tələbəsinin təhsil haqqı bir qrup xeyriyyəçi iş xanımları tərəfindən qarşılanıb. 

Ümumilikdə 27 min manat dəyərində maliyyə dəstəyi göstərilib.

Bununla bağlı keçirilən görüşdə BANM-ın rektoru Elmar Qasımov tələbələrə göstərilən diqqət və dəstəyə görə xeyriyyəçi xanımlara dərin təşəkkürünü bildirib.

Qeyd olunub ki, artıq iki ildir ki, ardıcıl olaraq bu təşəbbüs həyata keçirilir.