Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti Almaniyanın paytaxtı Berlin şəhərində yerləşən “Şəhidlik” məscidini ziyarət edib.
“İki sahil” xəbər verir ki, nümayəndə heyətinə məscidin tarixi, memarlıq xüsusiyyətləri, dini və sosial fəaliyyətləri barədə məlumat verilib.
Bildirilib ki, Osmanlı memarlıq üslubunda inşa olunmuş məscid Almaniyadakı müsəlman icmaları arasında əhəmiyyətli mərkəzlərdən biri hesab olunur. Məscid dini ibadətgah yeri olmaqla yanaşı, təhsil, informasiya və mədəni tədbirlərin keçirildiyi məkan kimi də tanınır.
Ziyarət zamanı nümayəndə heyəti məscidin rəhbərliyi ilə də görüşüb. Dinlər və mədəniyyətlərarası dialoqun önəmi, tolerantlığın təşviqi və əməkdaşlığın perspektivləri ilə bağlı müzakirələr aparılıb.
Revmatoid artritlə yaşayanlar nələrə diqqət etməlidir? – Səhiyyə Nazirliyinin revmatoloqdan tövsiyələr
VIII Qurultayın yekunları və qarşıda duran hədəflərin müzakirəsi Ağdaşda davam etdirilir
YAP Ordubad rayon təşkilatının Ərazi Partiya Təşkilatlarında partiya üzvləri ilə görüşlər keçirilib
İctimai qaydanın kobud şəkildə pozulması ilə bağlı 37 nəfər məsuliyyətə cəlb olunub