26 iyun 2025 11:41
133

Prezident İsraillə atəşkəsin əldə olunması ilə bağlı Pezeşkianı təbrik edib

Prezident İlham Əliyev İran-İsrail qarşıdurmasının dayandırılması, atəşkəsin əldə olunması ilə bağlı Məsud Pezeşkiana təbriklərini çatdırıb.

“İki sahil” xəbər verir ki, dövlət başçısı bölgədə sülhün və əmin-amanlığın vacib şərt olduğunu bir daha qeyd edib.

Qeyd edək ki, iyunun 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian arasında telefon söhbəti olub.