25 iyun 2025 11:38
105

Azərbaycan və BƏƏ 3-cü ölkələrdə əməkdaşlığı möhkəmləndirmək istəyir

Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Xəzər regionunda və üçüncü ölkələrdə əməkdaşlığın möhkəmləndirilməsini planlaşdırır.

“İki sahil” xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "CNN Business Arabic"ə müsahibəsində bildirib.

Onun sözlərinə görə, iki ölkə bir çox layihələr üzrə tərəfdaşdır: “Enerji təhlükəsizliyinə və şaxələndirilməsinə töhfə vermək üçün birgə fəaliyyət göstəririk. Həmçinin, "Masdar" şirkəti ilə Azərbaycanda bərpa olunan enerji layihələri üzrə tərəfdaşlıq edirik. "Masdar", ADNOC, XRG və bir çox digər şirkətlərlə əməkdaşlığımız genişlənir".

M.Cabbarov vurğulayıb ki, enerji sektoru əməkdaşlıqda yeganə sahə deyil: "Azərbaycan və BƏƏ birgə İnvestisiya Fondu yaradıb. Fond ölkələrimizə Mərkəzi Asiya, Ərəb körfəz daxil olmaqla region ölkələrinə sərmayələr üçün 1 milyard ABŞ dolları dəyərində kapitala malikdir. Bu istiqamətdə uğurlu tərəfdaşlığımızı genişləndiririk”.

"İki ölkə arasında səmimi dostluq və isti münasibətlərin mövcudluğundan məmnunluq duyuruq. Xalqlarımızın ortaq irsi, dostluq bağları, dövlət başçılarının iradəsi bə dəstəyi bu münasibətlərin formalaşdırılmasına əsas rol oynayır. BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri Sultan Əhməd Əl-Cabir və BMT hökumətinin iqtisadi komandasından olan digər həmkarlarla mütəmadi olaraq əməkdaşlığa dair müqavilələrimizi bölüşürük”, - deyə nazir əlavə edib. (Report)