Bu gün Prezident İlham Əliyev İtaliyanın şirkətlər və “Made in Italy” naziri Adolfo Urso ilə birgə Mingəçevirdə “8 Noyabr” Elektrik Stansiyasının açılışını edib.
“İki sahil” xəbər verir ki, dövlət başçısı və qonaqlar Vətən müharibəsi zamanı Ermənistan tərəfindən “Azərbaycan” İstilik Elektrik Stansiyasına atılan raketin düşdüyü əraziyə baxıblar.
Qeyd edək ki, 2020-ci il oktyabrın 4-də stansiyanın ərazisinə böyük dağıdıcı qüvvəyə malik “Smerç” reaktiv yaylım atəşli raket atılıb. Raket 6-cı və 7-ci enerji bloklarının arasındakı sahəyə düşüb. Bundan başqa, 2020-ci il oktyabrın 11-də ikinci dəfə atılan raket isə İdarəetmə Mərkəzinin yaxınlığına düşüb. Müvafiq müdafiə sistemlərinin qabaqlayıcı tədbirləri nəticəsində atılmış raketlər zərərsizləşdirilib.
Kamran Bayramov: Üçrəngli bayrağımız millətimizin birlik və həmrəyliyinin ən uca təcəssümüdür
“Yeni Asır” qəzeti: Türkiyə və Azərbaycan liderlərinin qardaş münasibətləri regionda fundamental dəyişikliklər yaradıb
Qalib Azərbaycan Ordusu regionda sülhü yaradan, qoruyan və təmin edən əsas qüvvədir