Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 24-də Mingəçevirdə Çinin “Dongfang Electric İnternational Corporation” Şirkətinin İdarə Heyətinin sədri Çen Qianqı qəbul edib.
“İki sahil” xəbər verir ki, görüşdə “Dongfang Electric İnternational Corporation” şirkətinin “8 Noyabr” Elektrik Stansiyasının inşasında iştirakının roluna toxunuldu, Azərbaycanla Çinin bu şirkəti arasında əməkdaşlığın perspektivləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıldı.
Sonda xatirə şəkli çəkdirildi.
Kamran Bayramov: Üçrəngli bayrağımız millətimizin birlik və həmrəyliyinin ən uca təcəssümüdür
“Yeni Asır” qəzeti: Türkiyə və Azərbaycan liderlərinin qardaş münasibətləri regionda fundamental dəyişikliklər yaradıb
Qalib Azərbaycan Ordusu regionda sülhü yaradan, qoruyan və təmin edən əsas qüvvədir