Azərbaycan 2026-cı ildə İslam Əməkdaşlıq Təşkilatına sədrliyi təhvil alacaq.
“İki sahil” xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov İslam Əməkdaşlıq Təşkilatının Nazirlər Şurasının İstanbul şəhərində keçirilən 51-ci sessiyasında çıxışı zamanı bildirib.
Çıxışda İƏT coğrafiyasında artan geosiyasi gərginliklərin fonunda meydana gələn siyasi, iqtisadi, humanitar, ətraf mühit və təhlükəsizlik çağırışları, onlarla mübarizədə əməkdaşlıq, habelə postmünaqişə dövründə regional vəziyyətdən bəhs olunub.
Çıxışı zamanı nazir Ceyhun Bayramov lqarşıdan gələn İƏT sədrliyi münasibətilə qardaş Türkiyə Respublikasını təbrik edib, ölkəmizin Türkiyənin sədrlik prosesinə dəstək göstərməyə hazır olduğunu bildirib.
Azərbaycanın 2026-cı ildə təhvil alacağı İƏT sədrliyini İslam dünyasının həmrəyliyi və inkişafına töhfə vermək üçün ciddi tarixi fürsət olaraq dəyərləndirdiyi qeyd olunub.