21 iyun 2025 15:27
113

İstanbulda Azərbaycan və Özbəkistan XİN başçılarının görüşü olub

Türkiyənin İstanbul şəhərində 21-22 iyunda İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Xarici İşlər Nazirləri Şurasının 51-ci sessiyası çərçivəsində, Azərbaycan Xarici İşlər Naziri Ceyhun Bayramov, Özbəkistan Xarici İşlər Naziri Bəxtiyor Saidov ilə görüşüb.

“İki sahil” xəbər verir ki, bu barədə Ceyhun Bayramov "X" sosial media hesabında paylaşım edib.

Paylaşımda bildirilib ki, tərəflər ikitərəfli əməkdaşlıq, regional və qlobal hadisələr, xüsusilə də İsrail-İran eskalasiyası və Azərbaycan arasında genişlənmiş strateji müttəfiqliyin perspektivlərini müzakirə ediblər.