21 iyun 2025 10:50
96

Diplomatlar Şuşadakı Qarabağ küçəsində olublar

Azərbaycanda akkreditə olunmuş diplomatlar və hərbi attaşelərdən ibarət nümayəndə heyəti Şuşada Qarabağ küçəsində olub.

“İki sahil” xəbər verir ki, diplomatlara şəhərin tarixi və erməni işğalına son qoyulmasından sonra aparılan bərpa işləri barədə məlumat verilib.

Səfər zamanı nümayəndə heyəti şəhərin simasının necə dəyişdiyinin şahidi olub və yenidənqurma işlərinin miqyası haqqında məlumat əldə edib.