19 iyun 2025 19:52
129

“Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş intellektual oyun keçirilib

İqtisadiyyat Nazirliyində 2025-ci il “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş “Nə? Harada? Nə zaman?” intellektual oyunu keçirilib.

“İki sahil” xəbər verir ki,  Nazirlikdən bildirilib ki, yarışda nazirliyin strukturuna daxil olan və tabeliyindəki qurumların əməkdaşlarından ibarət 20 komanda iştirak edib. İştirakçılar müxtəlif mövzularda təqdim olunan sualları cavablandıraraq məntiq, dünyagörüşü, operativ düşünmə, komanda işi, ünsiyyət və qərarvermə bacarıqlarını nümayiş etdiriblər.

Maraqlı və rəqabət şəraitində keçən yarışın sonunda qalib komandalara diplom və mükafatlar təqdim olunub.

Qeyd edək ki, intellektual oyunun təşkilində məqsəd əməkdaşlar arasında kommunikasiya və komanda ruhunu gücləndirmək, bilik və bacarıqlarının inkişafını stimullaşdırmaqdır.