19 iyun 2025 11:12
133

Ərdoğan Kahramanmaraşdakı "Azərbaycan məhəlləsi" ilə bağlı paylaşım edib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Kahramanmaraşdakı "Azərbaycan məhəlləsi" ilə bağlı paylaşım edib.

“İki sahil” xəbər verir ki,  Prezident "X" sosial media hesabında etdiyi paylaşımda zəlzələ bölgəsində salınan məhəllədəki mənzillər və digər infrastruktur barədə məlumat verib.

Onun sözlərinə görə, məhəllədə 49 056 iş və yaşayış yeri inşa olunub.

Ərdoğan qeyd edib ki, bununla da zəlzələdən sonra təhvil verilən mənzil sayı 250 minə çatıb.