Bu ilin yanvar-may aylarında Azərbaycandan 3,833 milyard ABŞ dolları dəyərində 10,271 milyard kubmetr təbii qaz ixrac edilib.
Bu barədə "İki sahil" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, 2024-cü ilin ilk beş ayı ilə müqayisədə, ixrac edilən təbii qazın dəyəri 381,876 milyon ABŞ dolları və ya 11,1%, həcmi isə 358,198 milyon kubmetr və ya 3,6% artıb.
Hesabat dövründə Azərbaycanın ümumi ixracında təbii qazın payı 34,84% təşkil edib.
Qeyd edək ki, 2025-ci ilin yanvar-may aylarında Azərbaycan xarici ölkələrlə 20,966 milyard ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Bu göstərici ötən ilin eyni dövrünə nisbətən 2,527 milyard ABŞ dolları və ya 13,7% çoxdur.
Xarici ticarət dövriyyəsinin 11,001 milyard ABŞ dolları ixracın, 9,965 milyard ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 1,2% azalıb, idxal isə 36,5% artıb.
Nəticədə, xarici ticarətdə 1,036 milyard dollarlıq müsbət saldo yaranıb. Bu da illik müqayisədə 2,801 milyard ABŞ dolları və ya 3,7 dəfə azdır.