18 iyun 2025 17:56
112

Azərbaycan avtomobil idxalına çəkdiyi xərci 22 %-ə yaxın artırıb

Bu ilin yanvar-may aylarında Azərbaycan 789,752 milyon ABŞ dolları dəyərində 42 786 ədəd müxtəlif təyinatlı avtomobil idxal edib.

"İki sahil” Dövlət Gömrük Komitəsinə (DGK) istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 21,8 % çox və 20,3 % çoxdur.

İl ərzində sürücü daxil olmaqla 10 nəfər və yaxud daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitələrinin idxalı 2,1 dəfə artaraq 210 ədəd (16,236 milyon ABŞ dolları dəyərində), əsasən adamların daşınması üçün nəzərdə tutulmuş minik avtomobilləri və digər motorlu nəqliyyat vasitələrinin idxalı isə 22,1 % artaraq 39 009 ədəd (709,137 milyon ABŞ dolları dəyərində) təşkil edib.

Bu avtomobillərin 18 426-si (377,309 milyon ABŞ dolları dəyərində) daxili yanma mühərriklə yanaşı, elektrik mühərriklə də hərəkətə gətirilən nəqliyyat vasitələri, 767-i (25,762 milyon ABŞ dolları dəyərində) isə yalnız elektrik mühərriklə hərəkətə gətirilən nəqliyyat vasitələridir.

Bu isə birincinin 2,7 dəfə artması, ikincinin isə 38,6 % azalması deməkdir.

Bundan əlavə, yük daşımaq üçün mühərrikli nəqliyyat vasitələrinin idxalı 0,06 % artaraq 3 337 ədəd (41,405 milyon ABŞ dolları dəyərində), xüsusi təyinatlı motorlu nəqliyyat vasitələrinin idxalı isə 25,7 % artaraq 230 ədəd (22,973 milyon ABŞ dolları dəyərində) olub.