17 iyun 2025 14:52
119

Ülvi Quliyevdən karate ailəsini təbrik edib

Milli Məclisin deputatı Ülvi Quliyev 17 iyun - Ümumdünya Karate Günü münasibətilə idmançıları təbrik edib:

"Hörmətli karateçilər, məşqçilər, veteranlar və bu nəcib döyüş sənətinin hər bir sevdalısı!

Bu gün — 17 iyun tarixində, Ümumdünya Karate Günündə — sizləri Azərbaycan Karate Federasiyası adından səmimi qəlbdən təbrik edirik! Karate yalnız bir idman növü deyil, eyni zamanda özündə güc, iradə, intizam və hörmət kimi dəyərləri birləşdirən həyat fəlsəfəsidir.

Sizlərin gündəlik zəhməti, döyüş meydanlarında göstərdiyiniz əzm və əldə etdiyiniz uğurlar sayəsində Azərbaycan karatesi günü-gündən daha da güclənir, beynəlxalq arenada tanınır və hörmət qazanır.

Bu əlamətdar gündə sizə möhkəm can sağlığı, yeni-yeni nailiyyətlər, güc və ruh yüksəkliyi arzulayırıq. Karate sənətinə olan sədaqətiniz və fədakarlığınız daim bizim qürur mənbəyimizdir!

Ümumdünya Karate Gününüz mübarək!"