Türkiyə və Azərbaycan türk dünyasının iki sarsılmaz dövlətidir.
“İki sahil” xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin 15 İyun- Milli Qurtuluş Günü ilə bağlı "X" hesabında Azərbaycana təbrik paylaşımında qeyd olunub.
"Bir dəfə yüksələn bayraq, bir daha enməz. Tarix, dil, millətçilik şüuru ilə birləşən böyük türk dünyasının iki sarsılmaz dövləti: Türkiyə və Azərbaycan! “Bir Millət, İki Dövlət” anlayışı ilə hər zaman çiyin-çiyinə dayandığımız qardaş Azərbaycanın Milli Qurtuluş Gününü qeyd edirik, Azərbaycan xalqını sevgi və qürurla salamlayırıq", - paylaşımda bildirilib.
“Bir kere yükselen bayrak, bir daha inmez!” Mehmed Emin Resulzade
— T.C. Millî Savunma Bakanlığı (@tcsavunma) June 15, 2025
Tarihin, dilin ve millet olmanın şuuruyla kenetlenen büyük Türk dünyasının iki sarsılmaz devleti: Türkiye ve Azerbaycan!
“Tek Millet, İki Devlet” anlayışıyla her daim omuz omuza olduğumuz kardeş Azerbaycan’ın… pic.twitter.com/Xpr2FD2LV9