13 iyun 2025 08:49
135

Bakıda bir sıra yollarda sıxlıq müşahidə olunur - SİYAHI

Bakının bir sıra yollarında nəqliyyatın hərəkətində sıxlıq yaranıb.

“İki sahil”  Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə istinadla hazırda sıxlıq müşahidə edilən yolların siyahısını təqdim edir:

1. Tbilisi prospekti, "20 Yanvar" metro stansiyasından mərkəz istiqamətində;

2. Üzeyir Hacıbəyli küçəsi, Azadlıq prospekti ilə kəsişməyə qədər;

3. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;

4. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən "20 Yanvar" metro stansiyası istiqamətində;

5. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metro stansiyası istiqamətində;

6. Binəqədi şosesi, "Azadlıq prospekti" metro stansiyası istiqamətində;

7. Rəşid Behbudov küçəsi, Mərkəzi Bank istiqamətində.