FICS – “İnnovativ və Yaradıcı Həllərin Tapılması” beynəlxalq startap müsabiqəsinin ilk mərhələsində tələbələrimiz parlaq nəticə göstərdilər!
I yer – CleanX Kimya mühəndisliyi III kurs tələbələri Nərmin Nəbiyeva və Zərifə Əsədullayeva.
II yer – Insight Glasses Kompüter mühəndisliyi II kurs tələbəsi
Emil Abdullayev və Biznesin idarə edilməsi II kurs tələbəsi Seymur Əliyev.
IV yer – Agrowise Proseslərin avtomatlaşdırılması mühəndisliyi, IV kurs tələbələri Cəbrayıl Qasımlı və Əli Quluzadə , Proseslərin avtomatlaşdırılması mühəndisliyi, III kurs tələbəsi Aysel Rəhimli.
Bu uğurlu nəticə sayəsində komandalarımız final mərhələdə iştirak etmək üçün Pakistanın İslamabad şəhərinə vəsiqə qazandılar!
BANM ailəsi olaraq tələbələrimizi təbrik edir, final mərhələdə uğurlar arzulayırıq!