04 iyun 2025 14:05
203

SOCAR vitse-prezidenti Xəzər dənizi üzrə konsorsiumun yaradılmasının vacibliyini vurğulayıb

Mürəkkəb logistikanı və açıq dənizə çıxışın olmamasını nəzərər alsaq, Xəzər dənizi üzrə konsorsiumun yaradılmasına ehtiyac var.

“İki sahil” xəbər verir ki, bunu SOCAR vitse-prezidenti Əfqan İsayev Bakı Enerji Forumunda bildirib.

Onun sözlərinə görə, logistika Azərbaycanın qarşısında duran əsas çağırışlardan biridir.

“Bizim açıq dənizə çıxışımız yoxdur. Uzunluğu 90 metrdən çox olan nəhəng külək pərlərinin daşınması isə çətin bir tapşırıqdır. Şelfdə inşaat işlər üçün ixtisaslaşmış gəmilərə ehtiyacımı var. Bu gəmilər də burada tikilməlidir. Buna görə də biz Xəzər dənizi regionundakı qonşularımıza birləşməyi təklif edirik – necə ki vaxtilə bunu neft-qaz sektorunda etdik: konsorsiumlar yaradaq, xərcləri bölüşək – elə olsa proses daha sürətli, daha ucuz və daha səmərəli olar”, – deyə o vurğulayıb.

İsayev həmçinin bildirib ki, SOCAR-ın qarşılaşdığı əsas problemlərdən biri dəyişkən enerji mənbələrinin qəbuluna imkan verən şəbəkə infrastrukturunun məhdudluğudur. Şəbəkə külək və ya günəşin olmamasına balanslı şəkildə reaksiya verməlidir.

Onun sözlərinə görə, bu problemin həlli enerjinin saxlanılması üçün istifadə olunan akkumulyator sistemləri ilə mümkündür.