03 iyun 2025 21:53
185

Bəzi ərazilərdə qaz olmayacaq

Sabah Abşeron rayonunun bəzi ərazilərinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

“İki sahil” xəbər verir ki, bu barədə ”Azəriqaz” İB-dən bildirilib.

Abşeron rayonunun Masazır qəsəbəsi “Qurtuluş 93” ərazisində qaz xəttində aşkar olunmuş qaz sızmasının ləğvi ilə əlaqədar saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq. Qaz təchizatı dayandırılan müddətdə Xırdalan şəhərində yerləşən "Kristal Abşeron 1" və "Park Xırdalan" yaşayış komplekslərinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.