03 iyun 2025 19:16
186

Prezident İlham Əliyevə təbriklər gəlməkdə davam edir

Küveyt Dövlətinin Baş naziri Əhməd Abdullah əl-Əhməd əl-Sabah Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

“İki sahil” xəbər verir ki, məktubda deyilir:

"Zati-aliləri cənab Prezident.

Dost Azərbaycan Respublikasının Müstəqillik Gününün ildönümü münasibətilə Zati-alinizə səmimi təbriklərimizi və xoş arzularımızı çatdırmaqdan sevinc duyuruq.

Fürsətdən istifadə edərək, ölkələrimiz və xalqlarımız arasında mövcud olan möhkəm dostluq əlaqələrindən məmnunluğumuzu ifadə edirik.

Sizə uzun ömür, cansağlığı, dost ölkənizə davamlı inkişaf və firavanlıq diləyirik".

xxx

Qətər Dövləti Əmirinin müavini Şeyx Abdullah bin Həməd Al Tani Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Məktubda deyilir:

"Zati-aliləri.

Azərbaycanın milli bayramı - 28 May - Müstəqillik Günü münasibətilə Sizə səmimi salamlarımı və təbriklərimi çatdırmaqdan məmnunluq duyuram.

Zati-alinizə cansağlığı və səadət, qardaş ölkənizə və onun xalqına isə daha da çox tərəqqi və rifah arzu edirəm".

xxx

18:48

Qətər Dövlətinin Əmiri Şeyx Təmim bin Həməd Al Tani Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Məktubda deyilir:

"Zati-aliləri.

Azərbaycan Respublikasının Müstəqillik Gününün ildönümü münasibətilə Sizə və xalqınıza Qətər Dövlətinin xalqı adından və şəxsən öz adımdan səmimi salamlarımızı və təbriklərimizi çatdırıram.

Zati-alinizə möhkəm cansağlığı və xoşbəxtlik, Azərbaycan xalqına daha da çox firavanlıq və tərəqqi diləyirəm.

Həmçinin ölkələrimiz arasında mövcud olan sıx münasibətlərin qarşıdakı illərdə möhkəmlənməkdə davam etməsini arzulayıram".

xxx

18:24

Birləşmiş Ərəb Əmirliklərinin vitse-prezidenti, Baş nazirin müavini, Prezident işləri naziri Şeyx Mansur bin Zayed Al Nəhyan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Məktubda deyilir:

"Möhtərəm cənab Prezident.

Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə
Zati-alinizi səmimi-qəlbdən təbrik etməkdən və ən xoş arzularımı çatdırmaqdan məmnunluğumu bildirirəm.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, Azərbaycan Hökumətinə və dost Azərbaycan xalqına rifah və tərəqqi diləyirəm.

Zati-alinizə ən yüksək hörmət və ehtiramımı qəbul etməyinizi xahiş edirəm".

xxx

18:22

Birləşmiş Ərəb Əmirliklərinin vitse-prezidenti, Baş naziri və Dubayın Əmiri Şeyx Məhəmməd bin Rəşid Al Məktum Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Məktubda deyilir:

"Möhtərəm cənab Prezident.

Ölkənizin milli bayramı – 28 May - Müstəqillik Günü münasibətilə Sizə ən səmimi təbriklərimi və ən xoş arzularımı çatdırmaqdan məmnunam.

Zati-alinizə möhkəm cansağlığı, səadət, dost Azərbaycan Respublikasının Hökumətinə və xalqına tərəqqi və rifah arzulayıram.

Xahiş edirəm, ən yüksək hörmət və ehtiramımı qəbul edəsiniz".

xxx

18:20

Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Məktubda deyilir:

"Möhtərəm cənab Prezident.

Azərbaycanın Müstəqillik Günü münasibətilə Zati-alinizə ən səmimi təbriklərimi və ən xoş arzularımı çatdırmaqdan məmnunluq duyuram.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, Azərbaycan Hökumətinə və dost Azərbaycan xalqına firavanlıq və tərəqqi diləyirəm.

Ən yüksək hörmət və ehtiramımı qəbul etməyinizi xahiş edirəm".