İqtisadiyyat naziri Mikayıl Cabbarov Çinin Cianqsu əyalətinin vitse-qubernatoru Ma Şıquanla görüşüb.
“İki sahil” xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyindən məlumat verilib.
Məlumata görə, görüşdə Azərbaycanın Çinlə iqtisadi-ticarət əlaqələrinin inkişafına önəm verdiyi vurğulanıb. Qeyd olunub ki, Azərbaycan və Çin liderləri tərəfindən iki ölkə arasında imzalanmış hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması haqqında Birgə Bəyanat əməkdaşlığın yeni mərhələyə yüksəlməsində mühüm rol oynayır.
Ölkəmizin əlverişli biznes mühiti, investorlar üçün yaradılan imkanlar və beynəlxalq tərəfdaşlarla icra edilən layihələr haqqında məlumat verilib, işbirliyi potensialı diqqətə çatdırılıb.
Tərəflər Azərbaycan və Cianqsu arasında ticarət, investisiya, yaşıl enerji, yüksək texnologiyalar, neft-kimya sənayesi, istehsalın lokallaşdırılması, nəqliyyat-tranzit və digər istiqamətlər üzrə birgə fəaliyyət imkanlarını müzakirə ediblər.
Azərbaycan Hava Yolları 2026-cı ilin ilk doqquz ayını artım və beynəlxalq nailiyyətlərlə başa vurub
Azərbaycan nümayəndə heyəti Çində üzümçülük və şərabçılıq konqresində iştirak edir
Prezident Quba-Xəzəryanı üzrə hasilatın pay bölgüsü haqqında Sazişi təsdiqləyib