Bugünkü konfransın əsas məqsədi kolonializmlə mübarizəni elmi müstəviyə daşımaqdır.
“İki sahil” xəbər verir ki, bunu BTQ-nin icraçı direktoru Abbas Abbasov “İmperial quruluş: müstəmləkəçilik ideologiyaları və reallıqlar” mövzusunda keçirilən beynəlxalq elmi konfransı çərçivəsində jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, bu dialoqları biz BMT-də keçirdiyimiz beynəlxalq konfranslar zamanı orada fəaliyyət göstərən ekspertlər və elm xadimləri ilə müzakirə etmişik.
"Düşünürəm ki, gələcəkdə biz Bakı Təşəbbüs Qrupu olaraq BMT-də fəaliyyət göstərən ekspertlər və elm xadimləri ilə birgə bir şəbəkələşmə qrup kimi kolonializmlə, elm müstəvisində mübarizə aparacağıq.Bildiyiniz kimi əsas, cari problemlərdən biri o idi ki, müstəmləki əsarəti altında olan xalqların səslərini beynəlxalq təşkilatlarda dünya ictimaiyyətinin diqqətinə çatdırılırdı. BTQ bildiyimiz kimi, ona yaxın, beynəlxalq konfransı BMT-nin qərargahlarında həyata keçirib. Son statistik göstəricilər onu göstərir ki, müstəmləkə əsarətində olan bütün ərazilərin səsləri dünya ictimaiyyətinə çatdırılıb. Artıq beynəlxalq təşkilatlar və bəzi ölkələr, kolonializmlə mübarizəyə dəstək göstərir. Bəzi ölkələr dəstək ifadələri səsləndirir", deyə A.Abbasov qeyd edib.