BANM-ın Ağ şəhər korpusunda PAŞA Sığorta şirkətinin təşkilatçılığı ilə tələbələr üçün maarifləndirici infosessiya keçirilib. Tədbirin əsas məqsədi gənclərə sığorta sahəsi, bu sahənin əhəmiyyəti və karyera imkanları haqqında geniş məlumat vermək olub.
“İki sahil” xəbər verir ki, sessiya zamanı iştirakçılara PAŞA Sığortanın təqdim etdiyi əsas xidmətlər, şirkətdəki təcrübə və iş imkanları barədə ətraflı təqdimat olunub. Görüş interaktiv formatda keçib – tələbələr müzakirələrə cəlb olunub, suallar cavablandırılıb, eləcə də real nümunələr üzərində fikir mübadiləsi aparılıb.
Tədbirin sonunda infosessiya boyunca təqdim olunan məlumatlar əsasında interaktiv oyun təşkil edilib. Ən çox xal toplayan 5 iştirakçı PAŞA Sığorta tərəfindən hədiyyələrlə mükafatlandırılıb.
SOCAR-ın təşəbbüsü ilə Bakı İqlim Fəaliyyəti Həftəsi çərçivəsində gənc media nümayəndələrinin iştirakı ilə dəyirmi masa təşkil olunub
Fərid Şəfiyev Ermənistan-Azərbaycan münaqişəsinin yanlış və birtərəfli şəkildə təqdim edilməsindən narahatlığını ifadə edib
SOCAR ilə Çinin “CNOOC” şirkəti arasında Anlaşma Memorandumu imzalanıb - FOTO