"ABŞ administrasiyası öz milli borcu ilə bağlı heç vaxt defolt elan etməyəcək".
“İki sahil” xəbər verir ki, bunu ABŞ-nin CBS telekanalına müsahibəsində ölkənin maliyyə naziri Skot Bessent deyib.
"ABŞ heç vaxt defolt elan etməyəcək. Bu, heç vaxt baş verməyəcək. Biz düzgün yoldayıq və heç vaxt divara dəyməyəcəyik", - o bildirib.
Mayın əvvəlində Bessent konqres liderlərinə xəbərdarlıq etmişdi ki, qanunverici orqan borc tavanını qaldırmasa, ABŞ avqust ayına qədər defoltla üzləşə bilər. Bu o deməkdir ki, avqust ayına qədər ölkənin 36,2 trilyon dolları keçən borcunu ödəmək üçün pulu tükənə bilər.
Qeyd edək ki, borc tavanı ABŞ federal hökumətinin əməliyyatlarını maliyyələşdirmək üçün Xəzinədarlıq Departamentinin nə qədər borc ala biləcəyinin ölçüsüdür. Hesablamalara görə, 2034-cü ildə ölkənin milli borcu 50 trilyon dolları keçə bilər.