Azərbaycanda qeyri-neft sektorunun aparıcı sahəsi olaraq aqrar sahəsinin inkişaf etdirilməsi prioritet məsələ kimi qəbul edilib. Aqrar sahəyə hərtərəfli dövlət dəstəyi artırılıb, kənd təsərrüfatının şaxələndirilməsi üçün ardıcıl işlər görülüb. Bu məqsədlə qədim ənənələrə söykənən, geniş iş tutumlu sahələrdən biri kimi baramaçılığın inkişafı da diqqət mərkəzində saxlanılır.
“İki sahil” xəbər verir ki, Tovuzda da baramaçılığın inkişafı ilə bağlı qarşıya qoyulan konkret vəzifələrin icrası istiqamətində müvafiq tədbirlər həyata keçirilir.
Kümdarlar bildirir ki, ipəkqurdu toxumunu yetişdirmək üçün əvvəlcədən lazım gələn bütün hazırlıq işləri görülüb, otaqlar lazımi istiliklə təmin edilib. Mövcud yem potensialından da səmərəli istifadə olunur.
Qeyd edək ki, cari ildə rayonda kümçülərə 40 qutu ipəkqurdu toxumu paylanılıb və hazırda ipəkqurdu 4-cü inkişaf mərhələsindədir.
Azərbaycan Hava Yolları 2026-cı ilin ilk doqquz ayını artım və beynəlxalq nailiyyətlərlə başa vurub
Azərbaycan nümayəndə heyəti Çində üzümçülük və şərabçılıq konqresində iştirak edir
Prezident Quba-Xəzəryanı üzrə hasilatın pay bölgüsü haqqında Sazişi təsdiqləyib