Adanada (Türkiyə) 5 mərtəbəli biznes mərkəzində yanğın baş verib.
“İki sahil” İHA-ya istinadla xəbər verir ki, baş verən yanğında alovdan xilas olmaq istəyərkən iki işçi pəncərədən atlayıb.
Beton döşəməyə yıxılan işçilər xəsarət alıb. Onların xəstəxanaya çatdırıldığı bildirilir.
Hadisə yerinə gələn yanğınsöndürənlər yanğına müdaxilə edir.
Məhərrəm Ağalaroğlu, “İki sahil”