Türkiyədə API-lərin (Tətbiqi proqramlaşdırma interfeysi) tam həyat dövrününidarə edilməsi sahəsində aparıcı platforma olan “Apinizeri” təqdim etmək üçün xüsusi olaraq təşkil edilən “APİ-lərdə Mərkəzləşdirilmiş Təhlükəsizlik və Ağıllı İdarəetmə: Apinizer” adlı Konfrans.
Apinizer şirkətinin baş direktoru və həmtəsisçisi Ərtoğrul Aslan.
Apinizer, Türkiyənin texnologiya sektorunda innovativ həlləri ilə seçilən bir innovasiya platforması olub, əsas mərkəzi Ankara Bilkent Universiteti Kiberparkda yerləşir. APİ (Tətbiqi proqramlaşdırma interfeysi) idarəetmə və inteqrasiya həlləri üzrə ixtisaslaşmışdır.
O həmçinin, Türkiyənin APİ idarəetmə və inteqrasiya həlləri, proqram təminatlarının hazırlanması üzrə aparıcı şirkəti olmaqla yanaşı, həmdə Rəqəmsal infrastrukturun və transformasiyanın güclü təməli sayılır. Əsas diqqətini ilk növbədə “Veb Servislər”, “Mikro Servislər”, “Xidmət yönümlü arxitektura” və “Orta qat texnologiyaları” açar sözləri ilə təqribi təsvir sahəsinə yönəltmişdir.
“Veb Servislər”, “Mikroservislər”, “Xidmət yönümlü arxitektura” və “Orta qat texnologiyaları” üzrə ixtisaslaşmış, xidmət yönümlü arxitekturaya əsaslanan sistemlərin idarə edilməsi, təhlükəsizliyi, monitorinqi və optimallaşdırılması, APİ idarəetmə və inteqrasiya həlləri, Veb servislərinizin istismarı, idarə edilməsi, təhlükəsizliyinin təmin edilməsi, genişləndirilməsi/təkmilləşdirilməsi, və özəlləşdirilməsi kimi fəaliyyət sektorlarında yerli və regional səviyyədə əhəmiyyətli mövqeyə sahibdir.
Missiyası: APİ idarəetməsini daha ağıllı, çevik və effektiv hala gətirmək.
Strategiyası: Müştərilərimizin rəqəmsal transformasiya proseslərini sürətləndirmək və onları etibarlı, genişlənə bilən və qənaətli texnoloji infrastrukturlarla təmin etmək.
Apinizer, yerli qanunvericiliyə və biznes ehtiyaclarına tam uyğun olduğu üçün. bu, onu qlobal alternativlərdən daha üstün edir. Qüvvədə olan müvafiq qanunlara və sektoral qaydalara tam əməl etməklə hüquqi riskləri minimuma enir.
Gateway, Təhlükəsizlik, Monitorinq, Təhlil, İnteqrasiya – hamısı bir sistemdə olduğundan Apinizerdən istifadə üçün orta səviyyədə təcrübəli, az sayda işçi kifayət edir, əmək xərcləri azalır, bütün komponentlər veb əsaslı interfeys ilə rahatlıqla tənzimlənir.
Daha çevik bir struktur sayəsində bazara yeni məhsul və xidmətlər təqdim etmə sürəti artır. APİ istifadə analizi ilə siz hansı xidmətlərdən daha çox istifadə olunduğunu görə və strateji qərarlar qəbul edə bilərsiniz. Avtomatlaşdırma sayəsində İT komandalarınız tərəfindən əl ilə müdaxilələr 50%-ə qədər azalır.
Bu isə, işçi qüvvənizi daha kritik layihələrə yönəltməyə imkan verir. APİ-lərin performansının artması və fasiləsiz işləməsi müştərilərinizin məmnunuyyətini artırır.
Apinizer artıq Türkiyənin bir sıra nazirlikləri, aparıcı bankları və dövlət qurumları ilə əməkdaşlıq qurmuş, 70-dən çox qurum və şirkətin APİ idarəetmə proseslərini transformasiya etmişdir. Hər bir uğur hekayəsi real nəticələr, xərclərə qənaət, performans artımı və təkmilləşdirilmiş təhlükəsizliyin təmin edilməsindən ibarət olmuşdur.
Müştərilərimiz
Rəqəmsal transformasiya və servislərin inteqrasiyası proseslərində APİ-lər artıq kritik əhəmiyyət kəsb edir. Əgər APİ-lərin idarəedilməsi və inteqrasiyasında daha çevik, sürətli, sərfəli və güvənli bir yanaşma lazım olarsa, Apinizer bunun üçün ən doğru seçim ola bilər.
Apinizer yalnız texnologiya və ya APİ idarəetmə platforması deyil – həmçinin, yeni bir rəqəmsal düşüncə tərzi, məlumat axınının, sistemlərin və xidmətlərin etibarlı və ağıllı şəkildə idarə olunması üçün bir infrastruktur, Rəqəmsal çevikliyi və effektivliyi təmin edən bir strateji üstünlükdür.
Biz həmçinin təlim və məsləhət xidmətlərinin göstərilməsini, həmçinin bu sahədə lazım ola biləcək əlavə proqram təminatlarının hazırlanmasını da təmin edirik.
Apinizerlə əldə edilən nailiyyətlər (praktiki olaraq isbatlanmış)