Bakı Ali Neft Məktəbində I kurs (hazırlıq) tələbələri arasında təşkil edilən ənənəvi futzal turnirinə böyük maraq göstərilib. Bu dəfəki yarışda ümumilikdə 26 qrupdan 16 komanda iştirak edərək mübarizə aparıb.
“İki sahil” xəbər verir ki, turnirə start verildikdən sonra komandalar 4 qrupa bölünüb və hər qrupdan ən çox xal toplayan komanda pley-off mərhələsinə vəsiqə qazanıb.
Gərgin və maraqlı qarşılaşmaların ardından 17-ci qrupun “Qubadlı” və 9-cu qrupun “Xarıbülbül” komandaları bütün rəqiblərinə qalib gələrək final mərhələsinə yüksəlib.
Həyəcan dolu final oyununda “Qubadlı” komandası “Xarıbülbül” üzərində 2-1 hesabı ilə qələbə qazanaraq turnirin çempionu olub.
SOCAR-ın təşəbbüsü ilə Bakı İqlim Fəaliyyəti Həftəsi çərçivəsində gənc media nümayəndələrinin iştirakı ilə dəyirmi masa təşkil olunub
Fərid Şəfiyev Ermənistan-Azərbaycan münaqişəsinin yanlış və birtərəfli şəkildə təqdim edilməsindən narahatlığını ifadə edib
SOCAR ilə Çinin “CNOOC” şirkəti arasında Anlaşma Memorandumu imzalanıb - FOTO