29 may 2025 10:26
172

Cənubi Koreyada təyyarə qəzaya uğrayıb

Cənubi Koreyanın Hərbi Dəniz Qüvvələrinə məxsus təyyarə cümə axşamı günü cənub-şərqdəki Pohanq şəhərində dağda qəzaya uğrayıb.

İki sahil” “Yonhap”a istinadla xəbər verir ki, qəza saat 13:52-də baş verib.

Şahidlər dağdan tüstü qalxdığını bildiriblər.

Qəza zamanı təyyarədə 4 nəfər olduğu bildirilir. Onların taleyi və qəzanın detalları barədə hələ məlumat yoxdur.

Məhərrəm Ağalaroğlu, “İki sahil”