Çin asteroidləri tədqiq edəcək ilk zondu olan “Tianven-2”ni kosmosa göndərib.
“İki sahil” xəbər verir ki, zondu orbitə çıxaran daşıyıcı raketin buraxılışı yerli vaxtla mayın 29-da saat 1:31-də (Bakı vaxtı ilə 28 may saat 21:31) Siçanq kosmodromundan həyata keçirilib. Buraxılışından 18 dəqiqə sonra raket zondu təyinat nöqtəsinə çatdırıb.
Çin Milli Kosmos Administrasiyasının məlumatına əsasən, qurğunun əsas vəzifəsi Yerin kvazipeyki olan 2016 HO3 asteroidindən torpaq nümunələrinin toplanması, habelə Mars və Yupiter arasındakı asteroid qurşağında yerləşən 311P kometasının tədqiqi olacaq.
Missiyanın məqsədi kiçik göy cisimlərinin tərkibi, quruluşu və təkamülü haqqında məlumat əldə etməkdir. “Tianven-2” zondunun asteroidin və kometanın ölçü və formasını, orbital xüsusiyyətlərini, fırlanma sxemlərini və istilik radiasiya xüsusiyyətlərini əhatə edən çoxsaylı fiziki parametrləri ölçməsi üçün müvafiq avadanlıq quraşdırılıb. Tədqiqatçılar, həmin məlumatlar əsasında zondun asteroid və kometanın xarici xüsusiyyətlərini, material kompozisiyalarını və daxili strukturlarını tədqiq edə biləcək. Plana əsasən zondun topladığı nümunələr 2027-ci ildə Yerə çatacaq.